Xəbərlər

“Xəzər həftəsi” ilə əlaqədar maarifləndirici tədbirlər keçirilmişdir

28 Sentyabr 2013, 00:00

“Beynəlxalq dəniz günü” ərəfəsində ölkəmizdə “Xəzər həftəsi”nin yüksək səviyyədə qeyd olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cari ilin 23”“28 sentyabr tarixlərini əhatə etməklə hazırlanmış müvafiq tədbirlər planına uyğun olaraq Respublikanın şəhər və rayonlarında müxtəlif kütləvi, maarifləndirici tədbirlər keçirilməkdədir.
“Xəzər həftəsi” ərəfəsində Zəngilan rayon 36 saylı orta məktəbdə və Zəngilan rayon Mərkəzi Kitabxanasında “Beynəlxalq dəniz günü-Xəzər həftəsi” mövzusunda tədbirlər keçirilmişdir.
Keçirilən tədbirlərdə çıxış edən Nazirliyin regional şöbəsinin və rayonun bir sıra dövlət orqanlarının mütəxəssisləri “Beynəlxalq Dəniz günü”nün məqsədi, Xəzərin ekoloji problemlərinin həlli istiqamətində görülmüş işlər, qarşıda duran vəzifələr barədə şagirdlərə və yerli əhaliyə məlumat vermiş, onları maraqlandıran sualları cavablandırmışlar.