Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
27 Sentyabr 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 20-130, Kiçik Qafqazın çaylarında 70-120, Lənkəran-Astara bölgəsi çaylarında 10-40, Naxçıvan MR çaylarında isə normanın 60 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Sentyabrın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 9 sm artım müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 105 m3/s, ongünlük normanın 76 faizini təşkil edir. 2012-ci ildə bir qədər az olmaqla 80,0 m3/s və ongünlük normanın 58 faizini təşkil etmişdir.
Sentyabrın 27-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 114,0 m3/s olmaqla, ongünlük normanın 119 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 71,0 m3/s təşkil etmiş və ongünlük normanın 74 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Sentyabrın 27-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 2 sm, Şirvanda 9 sm, Salyanda 7 sm, Bankədə 11 sm, Araz çayının Novruzlu məntəqəsində isə 3 sm artım qeydə alınmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 370 sm (2012-ci il sentyabrın 27-də 312 sm), Şirvanda 236 sm (2012-ci il sentyabrın 27-də 215 sm ), Salyanda 180 sm (2012-ci il sentyabrın 27-də 200 sm ), Bankədə 216 sm (2012-ci il sentyabrın 27-də 209 sm), Araz çayının Novruzlu məntəqəsində isə 85 sm (2012-ci il sentyabrın 27-də 125 sm) təşkil edir.