Qanunsuz ov hallarının qarşısını almaq məqsədilə reydlər keçirilib
11 Mart 2015, 00:00
3-10 mart 2015-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə ölkə ərazisində növbəti reydlər keçirilib.
Samux rayonu ərazisində keçirilmiş reyd zamanı ov edən 3 naməlum şəxs saxlanılaraq onlardan 3 ov tüfəngi, 6 patron götürülüb və barələrində qanunamüvafiq qaydada akt tərtib olunub.
Hazırda sənəd təqdim etməyən qanun pozucularının şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün qanunvericiliyə uyğun qaydada zəruri tədbirlər görülür.
Respublika ərazisində qanunsuz ov hallarının qarşısını almaq məqsədilə reydlər davam etdirilir.