Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
10 Mart 2015, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda ən yüksək sululuq Lənkəran-Astara bölgəsi çaylarında müşahidə olunmaqla ongünlük normanın 500-700 faizini təşkil edir. Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında isə sululuq ongünlük normanın 140-190, Kiçik Qafqazın çaylarında 70-120, Naxçıvan MR çaylarında 20 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Martın 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 167 m3/s olmaqla ongünlük normanın 69 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 185 m3/s olmaqla ongünlük normanın 76 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində də suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 74 m3/s olmaqla, ongünlük normanın 89 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 48 m3/s təşkil edərək ongünlük normanın 58 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Martın 10-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Salyanda 9 sm artım, Araz çayının Novruzlu məntəqəsində 25, Bankədə 8 sm azalma qeydə alınıb, Surra məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 394 sm (2014-cü il martın 10-da 310 sm), Şirvanda 275 sm (2014-cü il martın 10-da 136 sm), Salyanda 237 sm (2014-cü il martın 10-da 70 sm), Bankədə 215 sm (2014-cü il martın 10-da 176 sm), Araz çayının Novruzlu məntəqəsində isə 150 sm (2014-cü il martın 10-da 83 sm) təşkil edir.