Xəbərlər

Ümumdünya Su Gününə həsr olunmuş tədbir keçirilib

19 Mart 2025, 14:25

 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən Xətai rayonu 221 saylı tam orta məktəbdə Ümumdünya Su Gününə həsr olunmuş maarifləndirici görüş keçirilib.

Görüş çərçivəsində mütəxəssislər tərəfindən uşaqlara su ehtiyatlarının qorunması, əhəmiyyəti, suya qənaət mövzusunda məlumatlar verilib, bu sahədə həyata keçirilən milli və beynəlxalq strategiyalardan danışılıb.

Qeyd edək ki, 1993-cü ildən bəri hər il martın 22-si şirin suyun əhəmiyyəti haqqında maarifləndirmək və su ehtiyatlarının davamlı idarə olunmasını təbliğ etmək məqsədilə Ümumdünya Su Günü kimi qeyd olunur.