Tələbələrlə maarifləndirici görüş keçirilib
18 Mart 2025, 15:27
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinin tələbələri ilə maarifləndirici görüş keçirilib.
Görüş çərçivəsində tələbələrə ətraf mühitin mühafizəsi istiqamətində görülən işlər, ətraf mühitin monitorinqi və onun əhəmiyyəti haqqında geniş məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Eyni zamanda, tələbələrə ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafı üzrə müəyyənləşdirilmiş beş milli prioritetindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” devizi olduğu vurğulanıb, bu istiqamətdə ətraf mühitin mühafizəsi, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsinin əsas hədəf olaraq götürüldüyü bildirilib.