“Xəzər həftəsi” ilə əlaqədar tədbirlər davam edir
25 Sentyabr 2013, 00:00
“Beynəlxalq dəniz günü” ərəfəsində ölkəmizdə “Xəzər həftəsi”nin yüksək səviyyədə qeyd olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cari ilin 23”“28 sentyabr tarixlərini əhatə etməklə hazırlanmış müvafiq tədbirlər planına uyğun olaraq Respublikanın Xəzərsahili şəhər və rayonlarında müxtəlif kütləvi, maarifləndirici tədbirlərə start verilmişdir.
24 sentyabr 2013-cü il tarixində Neftçala rayonunun 1, 2, 3 və 4 saylı orta məktəblərində, Neftçala şəhər və Qədimkənd bələdiyyələrində, həmçinin Salyan rayon Kürsəngi və Xıdırlı bələdiyyələrində “Xəzər həftəsi” ilə əlaqədar “Xəzərin ekoloji mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər, perspektivlər” mövzusunda tədbirlər keçirilmişdir.
Keçirilən tədbirlərdə çıxış edən Nazirliyin regional şöbələrinin mütəxəssisləri “Beynəlxalq Dəniz günü”nün məqsədi, Xəzərin ekoloji problemlərinin həlli istiqamətində görülmüş işlər, qarşıda duran vəzifələr barədə şagirdlərə və yerli əhaliyə məlumat vermiş, onları maraqlandıran sualları cavablandırmışlar.
Eyni zamanda Nazirliyin, yerli bələdiyyələrin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Neftçala rayonu ərazisində Xəzər dənizinin sahil zolağı boyu 3 kilometrlik sahədə iməcilik keçirilmiş və ərazi məişət tullantılarından təmizlənmişdir.
Qeyd edək ki, Nazirlik tərəfindən müvafiq tədbirlər planına uyğun olaraq “Xəzər həftəsi” çərçivəsində ictimaiyyətin maarifləndirilməsinə xidmət edən mədəni-kütləvi tədbirlər davam etdirilir.