Qanunsuz ov hallarına qarşı mübarizə tədbirləri davam edir
21 Fevral 2015, 00:00
Ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən 10-20 fevral 2015-ci il tarixlərində növbəti reydlər keçirilib.
Ağsu rayonu Sanqalan adlanan ərazidə keçirilmiş reyd zamanı ov edən 3
naməlum şəxs saxlanılıb. Faktla bağlı qanunamüvafiq qaydada akt tərtib edilərək həmin şəxslərdən 3 ov tüfəngi, 6 patron götürülüb. Sənədlərini təqdim etməyən qanun pozucularının şəxsiyyətinin müəyyən edilməsi və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün Ağsu Rayon Polis Şöbəsinə müraciət edilib.
Qaradağ rayonunun 29-cu kilometrliyində ov edən Abşeron rayon Güzdək kənd sakini Mehdi Mehdiyev, Xırdalan şəhər sakini Kamil Aslanov və Bakı şəhər Nərimanov rayon sakini Vərqa Həsənov saxlanılaraq onlardan 3 ov tüfəngi, 8 patron götürülüb. Qanun pozucuları barəsində akt və protokol tərtib edilərək hər biri 1000 manat məbləğində cərimə olunub.
Qusar rayonunun Qullar-İmamqulu kəndi ərazisində keçirilmiş reyd zamanı ovla məşğul olan naməlum şəxs saxlanılaraq ondan 1 ov tüfəngi, 2 patron götürülüb. Təqsirkarın şəxsiyyətinin müəyyən edilməsi və barəsində müvafiq tədbir görülməsi üçün aidiyyəti rayon polis şöbəsinə müraciət olunub.
Sarısu Ovçuluq Təsərrüfatının ərazisində keçirilmiş reyd zamanı 4 nəfər naməlum şəxs saxlanılıb. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun akt tərtib edilərək onlardan 5 ov tüfəngi, 130 patron və 14 ovlanmış çöl ördəyi müsadirə olunub. Sənədlərini təqdim etməyən qanun pozucularının şəxsiyyətinin müəyyənləşdirilməsi üçün qanunamüvafiq tədbirlər görülür.