Xəbərlər

Dövlət Ekoloji Ekspertiza Agentliyində ictimai dinləmə keçiriləcək

04 Fevral 2025, 17:57

 
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2025-ci il tarixli Sərəncamının icrasından irəli gələn məsələlərlə bağlı ictimai dinləmə keçiriləcək.

7 fevral 2025-ci il tarixində, saat 15:00-da Dövlət Ekoloji Ekspertiza Agentliyində keçiriləcək tədbirdə dövlət qurumları, QHT və KİV nümayəndələri ekoloqlar iştirak edəcək.

İctimai dinləmədə iştirak etmək istəyən şəxslər Dövlət Ekoloji Ekspertiza Agentliyinə dəvət olunurlar.

Əlaqələndirici şəxs: Elnur Ağayev, Dövlət Ekoloji Ekspertiza Agentliyinin əməkdaşı,
- Əlaqə nömrəsi: 055-900-55-56, e-poçt: elnur.agayev@eco.gov.az
- Tarix: 7 fevral 2025-ci il
- Saat: 15:00
- Ünvan: Dövlət Ekoloji Ekspertiza Agentliyinin inzibati binası - Heydər Əliyev prospekti 10