Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə respublika ərazisində reydlər davam etdirilir
17 Fevral 2015, 00:00
“Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində reydlər davam etdirilir.
2015-ci ilin yanvar ayı ərzində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 35 nəfər saxlanılıb, onlardan 35 ov tüfəngi, 105 patron və qanunsuz ovlanmış 2 quş götürülüb. 27 qanun pozucusu barəsində akt və protokol tərtib olunaraq ümumilikdə 30500 manat məbləğində cərimə tətbiq edilib. Sənəd təqdim etməyən 8 təqsirkar şəxs barəsində isə tədbir görülməsi, şəxsiyyətlərinin müəyyənləşdirilərək qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə aidiyyəti Rayon Polis Şöbələrinə müraciət olunub.
Qanunsuz ov hallarının qarşısını almaq məqsədilə ölkə ərazisində mütəmadi olaraq reydlər davam etdirilir.