“Xəzər həftəsi” ilə əlaqədar 176 saylı orta məktəbdə tədbir keçirilib
24 Sentyabr 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər il “Beynəlxalq dəniz günü” ərəfəsində ölkəmizdə müxtəlif tədbirlər həyata keçirilir, ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işləri aparılır.
“Beynəlxalq dəniz günü” ərəfəsində dünyada olduğu kimi ölkəmizdə də “Xəzər həftəsi”nin yüksək səviyyədə qeyd olunması məqsədilə Nazirlik cari ilin 23”“28 sentyabr tarixlərini əhatə etməklə hazırlanmış müvafiq tədbirlər planına əsasən müxtəlif kütləvi, maarifləndirici tədbirlərə start vermişdir.
24 sentyabr 2013-cü il tarixində Bakı şəhəri Yasamal rayonunun 176 saylı orta məktəbində “Xəzər həftəsi” ilə əlaqədar “Xəzərin ekoloji mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər, perspektivlər” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Nazirliyin mütəxəssisləri “Beynəlxalq Dəniz günü”nün məqsədi, Xəzərin ekoloji problemlərinin həlli istiqamətində görülmüş işlər, qarşıda duran vəzifələr barədə şagirdlərə məlumat vermiş, onları maraqlandıran sualları cavablandırmışlar.
Bu kimi tədbirlər “Xəzər həftəsinin”davam etdiyi müddətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən Respublikanın Xəzərsahili şəhər və rayonlarının orta təhsil müəssisələrində də keçirilir.
Qeyd edək ki, Nazirlik müvafiq tədbirlər planına uyğun olaraq “Xəzər həftəsi” çərçivəsində ictimaiyyətin maarifləndirilməsinə xidmət edən mədəni-kütləvi tədbirləri davam etdirəcəkdir.