Xəbərlər

Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən onlayn ictimai dinləmə keçirilib

17 Dekabr 2024, 12:45

 
Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən respublika ərazisində fəaliyyət göstərən dövlət və özəl məktəbəqədər tərbiyə müəssisələri, həmçinin ümumi təhsil müəssisələrinin ərazilərində qurumuş və ya qəzalı vəziyyətdə olan yaşıllıqların götürülməsi üzrə müraciətlərin ekoloji qiymətləndirilməsinə dair onlayn ictimai dinləmə keçirilib.

Ekoloqların, QHT və KİV nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə yaşıllıqların mühafizəsində torpaq mülkiyyətçilərinin xüsusi rolundan danışılıb, həmin ərazilərdə mövcud olan yaşıllıqlara həssas yanaşılmalı, vaxtında və düzgün aqrotexniki qulluq tədbirləri görülməli olduğu vurğulanıb.

Həmçinin quruyan və ya qəzalı vəziyyətə düşən ağacların götürülməsi ilə bağlı müraciətlərin gecikdirilməməsi, rəy verildikdən sonra onun dərhal icra edilməsinin vacibliyi diqqətə çatdırılıb.