“Təmiz hövzələr” aksiyası çərçivəsində sintetik torlar su hövzələrindən yığışdırılıb
27 Noyabr 2024, 17:15
Qanunsuz balıq ovunun qarşısının alınması, balıq və digər su bioresurslarının ovunda istifadə olunan qanunsuz ov alətlərinin su hövzələrindən yığışdırılması məqsədilə təşkil olunan “Təmiz hövzələr” aksiyası çərçivəsində növbəti dəfə sintetik torların su hövzələrindən yığışdırılması həyata keçirilib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xəzər dənizinin Xaçmaz rayonu akvatoriyasından və Sarısu gölünün Sabirabad rayonundan keçən hissəsindən ümumilikdə 520 metr uzunluğunda 40 ədəd sintetik tor və istifadəsi qadağan olunmuş digər ov alətləri aşkar edilərək götürülüb.
Aksiya çərçivəsində tədbirlər davam etdirilir.