Xəzər dənizinin hidrometeorologiyası üzrə Koordinasiya Komitəsinin (KASPKOM) 8-ci sessiyası keçirilib
27 Noyabr 2024, 12:15
Milli Hidrometeorologiya Xidmətinin nümayəndə heyəti onlayn formatda keçirilən KASPKOM-un 8-ci sessiyasında iştirak edib.
Tədbir zamanı KASPKOM-a üzv ölkələrin milli hidrometeorologiya qurumlarının nümayəndələri tərəfindən Xəzər dənizində aparılan hidrometeoroloji müşahidə işlərinin nəticələri, milli fəaliyyətlərin cari vəziyyəti barədə təqdimatlarla çıxışlar edilib, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Daha sonra sessiyada tədbir iştirakçıları tərəfindən iqlim məsələləri üzrə işçi qrupun yaradılması, KASPKOM və Tehran Konvensiyası arasında əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də Xəzər dənizi üzrə iqlim bülletenləri ətrafında danışıqlar aparılıb. Həmçinin, qlobal iqlim dəyişmələrinin Xəzər dənizinin səviyyə tərəddüdünə mənfi təsirləri xüsusi vurğulanıb.
Tədbirin sonunda nümayəndələr tərəfindən KASPKOM-un növbəti 9-cu sessiyasının Qazaxıstan Respublikasında ənənəvi formatda keçirilməsi təklif edilib və qəbul olunub.