Dövlət Ekoloji Ekspertiza Agentliyində ictimai dinləmə keçiriləcək
18 Noyabr 2024, 11:40
Qurumuş və qəzalı ağacların götürülməsi, tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi, ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə 21 noyabr 2024-cü il tarixində, saat 15:00-da Dövlət Ekoloji Ekspertiza Agentliyində ictimai dinləmə keçiriləcək.
Aidiyyəti dövlət qurumlarının, tikinti şirkətlərinin, ekspertlərin, layihə icraçılarının, QHT və KİV nümayəndələrinin iştirakı ilə keçiriləcək ictimai dinləmədə Bakı şəhəri üzrə Agentliyə təqdim olunmuş layihələrin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə olunacaq, yekun rəyin qəbul edilməsi üçün tədbir iştirakçılarının fikirləri öyrəniləcək.
İctimai dinləmədə iştirak etmək istəyən şəxslər Dövlət Ekoloji Ekspertiza Agentliyinə dəvət olunurlar.
Əlaqələndirici şəxs: Elnur Ağayev, Dövlət Ekoloji Ekspertiza Agentliyinin əməkdaşı,
- Əlaqə nömrəsi: 055-900-55-56, e-poçt: elnur.agayev@eco.gov.az
- Tarix: 21 noyabr 2024-cü il
- Saat: 15:00
- Ünvan: Dövlət Ekoloji Ekspertiza Agentliyinin inzibati binası - Heydər Əliyev prospekti 10