Xəbərlər

Hava haqqında operativ məlumat

24 Sentyabr 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə 2013-cü il sentyabr ayının 23-dən 24-nə keçən gecə soyuq atmosfer cəbhəsinin keçməsi nəticəsində Bakı şəhərində güclü yagış yağmış, şimşək çaxmışdır. Bakı şəhərində yerləşən hidrometeoroloji stansiyaların
məlumatına əsasən 4 saat ərzində düşən yağışın miqdarı 30-33 mm təşkil etmişdir ki, bu da aylıq normanın 174-192 faizidir.
Çoxillik meteoroloji məlumatlara əsasən Bakı şəhərində sentyabr ayı üçün yağıntının sutkalıq rekord göstəricisi 1980-ci ildə qeydə alınmış və 12 saat ərzində düşən yağışın miqdarı 46 mm olmuşdur.
Ümumilikdə, sentyabrın 22-si axşamdan başlayaraq 24-ü səhərədək ölkə ərazisində ən çox düşən yağışın miqdarı Cəfərxanda 82 mm olmaqla aylıq normanın 443 faizini, Qazıməmməddə 72 mm olmaqla aylıq normanın 500 faizini, Bakıda 44 mm olmaqla aylıq normanın 256 faizini, Maştağada 44 mm olmaqla aylıq normanın 196 faizini, İmişli, Beyləqanda 35 mm olmaqla aylıq normanın 177 faizini, Tərtərdə 35 mm olmaqla aylıq normanın 140 faizini təşkil etmişdir.