Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov oktyabr ayının 2-də Xaçmaz rayonunda vətəndaşların qəbulunu keçirəcək

23 Sentyabr 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 02 oktyabr 2013-cü il tarixində saat 10:00-da Xaçmaz rayonunda yerləşən Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Xaçmaz, Quba, Qusar, Şabran, Xızı və Siyəzən rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “Qaynar xətt”i, həmçinin 5 saylı ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Xaçmaz rayonu Xudat şəhəri 4-cü şöbə, əlaqə telefonu: 070 232 33 45; 023 323 00 14) xahiş olunur.