Müşahidə olunan faktiki hava şəraiti
28 Oktyabr 2024, 13:15
Oktyabrın 28-i günün birinci yarısında Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində qısamüddətli leysan xarakterli yağış yağıb. Yağıntının miqdarı 9 mm qeydə alınıb. Düşən yağıntı aylıq normanın 30 %-ni təşkil edir.
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.
O, qeyd edib ki, Bakıda və Abşeron yarımadasında yağış kəsilsə də, günün ikinci yarısınadək bəzi ərazilərdə fasilələrlə davam edəcəyi gözlənilir.