Payız əkin mövsümünün növbəti ağacəkmə aksiyaları keçirilib
26 Oktyabr 2024, 15:00
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Bakı Avropa Liseyinin şagirdlərinin, "Rabitəbank" ASC-nin, “Azpetrol” şirkətinin, “Araz” supermarketlər şəbəkəsinin nümayəndələrinin, bloger Nərgiz Xancan və izləyicilərinin, ekokönüllülərin iştirakı ilə ağacəkmə aksiyası keçirilib.
Aksiya çərçivəsində Müşfiqabad qəsəbəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Aksiya çərçivəsində Müşfiqabad qəsəbəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının məqsədi ictimaiyyətin diqqətini yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.