129 nömrəli məktəbdə “Dayanıqlı gələcək üçün maarifləndirmə” devizi ilə maarifləndirici tədbir keçirilib
22 Oktyabr 2024, 15:30
Milli Hidrometeorologiya Xidmətinin əməkdaşlarının iştirakı ilə Bakı şəhərinin 129 nömrəli məktəbinin şagirdləri üçün maarifləndirici tədbir baş tutub.
İnteraktiv formatda keçirilən tədbirdə şagirdləri maraqlandıran suallar mütəxəssis tərəfindən cavablandırılıb və bu ilin noyabr ayında Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29) dünya üçün əhəmiyyətinin səbəbləri şagirdlərə izah olunub.