“Su ehtiyatlarının innovativ idarəedilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib
21 Oktyabr 2024, 16:15
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Sudan istifadə sahəsində mütəxəssislər” İctimai Birliyinin təşkilatçılığı ilə Hacıqabul rayonunun 10 saylı tam orta məktəbin müəllim və şagirdləri üçün “Su ehtiyatlarının innovativ idarəedilməsi” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə Milli Hidrometeorologiya Xidmətinin mütəxəssisləri tərəfindən şagirdlərə qlobal iqlim dəyişmələrinin ölkəmizin su resurslarına, o cümlədən, su təsərrüfatının inkişafına mənfi təsir göstərməsini və bu mənfi təsirlərin aradan qaldırılması məqsədilə respublikada görülən işlər barədə məlumat verilib.
Tədbir zamanı iştirakçılara, həmçinin, Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) barədə məlumat verilərək, onun önəmi barədə vurğulanmış və sonda fərqlənən iştirakçılar “Hava sertifikatı” ilə mükafatlandırılıb.