Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumuna hazırlıq tədbirləri çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib.
19 Oktyabr 2024, 12:33
Görüşdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri və bu qlobal tədbirin əhəmiyyəti barədə məlumat verib.
Görüş zamanı iqlim dəyişikliyinin təsirləri, su qıtlığı, təbiətin mühafizəsi və su ehtiyatlarının səmərəli istifadəsi məsələləri müzakirə edilib.
Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ekoloji bərpa işləri və bu ərazilərin yenidən yaşıl və məhsuldar torpaqlara çevrilməsi istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verilib.
Sonda nazir ətraf mühitin qorunmasında hər bir vətəndaşın məsuliyyətini xatırladaraq iştirakçılara təşəkkürünü bildirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.