Xəbərlər

Azərbaycanın Milli Uyğunlaşma Planının (NAP) hazırlanması çərçivəsində işçi qrupunun növbəti iclası keçirilib

04 Oktyabr 2024, 18:48

ETSN-nin və BMT-nin İnkişaf Proqramının (BMTİP) təşkilatçılığı ilə Azərbaycanın Milli Uyğunlaşma Planının hazırlanması üzrə işçi qrupunun növbəti iclası baş tutub.

Tədbirdə ETSN-nin rəhbər əməkdaşları, aparıcı mütəxəssislərı, o cümlədən, BMT-nin İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelinin (İPCC) İcraçı katibinin müavini xanım Ermida Fida, Türkiyə Respublikası Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişmələri Nazirliyinin İqlim Dəyişmələri departamentinin rəis müavini cənab Orhan Solak və departamentin əməkdaşı cənab Ali Cem, BMTİP Azərbaycan nümayəndəliyi üzrə layihə rəhbəri cənab Zaur Əliyev və digər dövlət qurumları, ictimai təşkilatların nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları iqlim dəyişmələrinə uyğunlaşma tədbirləri üzrə təqdimatlarla çıxışlar ediblər.

Təqdimat zamanı xanım Ermida Fida iqlim dəyişmələrinin səbəb olduğu risklər və təhlükələr qeyd edərək iqlim dəyişmələrinin sektorların strateji inkişaf planları, iqlim elminin bu sahədə nailiyyətləri barədə geniş təqdimatla çıxış etmişdir.

Türkiyə Respublikasının adıçəkilən nazirliyinin nümayəndələri öz təqdimatlarında xüsusi olaraq Türkiyə və Azərbaycan Respublikaları üçün uzunmüddətli iqlim ssenariləri barədə geniş söz açaraq, bu sahədə iki ölkə arasında əməkdaşlıq perspektivləri haqqında bəhs etmişlər.

Tədbirin məqsədlərinə uyğun olaraq iştirakçılar tərəfindən Milli Uyğunlaşma Planının hazırlanması çərçivəsində yeni ssenarilərin formalaşdırılması, iqlim dəyişmələrinin müvafiq sektorların strateji inkişaf plan və proqramlarına inteqrasiya edilməsi üzrə müzakirələr aparılıb.

Sonda tədbir iştirakçılarının Milli Uyğunlaşma Planının müzakirələri zamanı müəyyən olunan boşluqlar, problemlər qeyd olunaraq növbəti addımların atılması ilə bağlı görüləcək fəaliyyətlər vurğulanıb.