Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

23 Sentyabr 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə sentyabrın 22-si gün ərzində, 23-ü səhərədək yağan yağışın bəzi yerlərdə leysan xarakterli intensiv olması nəticəsində Respublika çaylarında, əsasən də Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunmuşdur. Belə ki, bu ərazidən axan Lənkərançay-Lənkəranda suyun səviyyəsində 72, Lənkərançay-Sifidorda 48, Vəşərüçay-Daştatükdə isə 58 sm artım qeydə alınmışdır.
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-290, Kiçik Qafqazın çaylarında 70-120, Lənkəran-Astara bölgəsi çaylarında 80-150, Naxçıvan MR çaylarında isə normanın 55 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Sentyabrın 23-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır. Hazırda məntəqədə su sərfi 85,0 m3/s, ongünlük normanın 61 faizini təşkil edir. 2012-ci ildə bir qədər az olmaqla 67,0 m3/s və ongünlük normanın 48 faizini təşkil etmişdir.
Ötən gün ərzində Balakən-Şəki bölgəsinə yağan yağış nəticəsində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 15 sm artım müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 74,0 m3/s olmaqla, ongünlük normanın 77 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 94,0 m3/s təşkil etmiş və ongünlük normanın 98 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Sentyabrın 23-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Şirvanda 5, Bankədə 10, Araz çayının Novruzlu məntəqəsində 2 sm artım qeydə alınmış, Salyanda isə suyun səviyyəsində 10 sm azalma müşahidə olunmuşdur.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 327 sm (2012-ci il sentyabrın 23-də 376 sm), Şirvanda 180 sm (2012-ci il sentyabrın 23-də 261 sm ), Salyanda 145 sm (2012-ci il sentyabrın 23-də 236 sm ), Bankədə 221 sm (2012-ci il sentyabrın 23-də 225 sm), Araz çayının Novruzlu məntəqəsində isə 49 sm (2012-ci il sentyabrın 23-də 113 sm) təşkil edir.