Ümumrespublika Təmizlik Marafonu çərçivəsində meşə əraziləri 1.7 ton tullantıdan təmizlənib
13 Sentyabr 2024, 10:58
“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Quba, Ağdaş, Ağcabədi, Şəki, Zaqatala, Qəbələ, Şamaxı, Qazax, Goranboy, Gədəbəy, Astara, Masallı, Şabran və Sabirabad rayonlarının meşə ərazilərində iməciliklər keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının nümayəndələrinin, rayon sakinlərinin və könüllülərin iştirakı ilə keçirilən iməciliklər zamanı 1.7 tondan artıq tullantı yığılaraq ərazilərdən daşınıb.
“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində keçirilən bu aksiyalar insanlarda ekoloji məsuliyyət hissinin yaradılması və tullantıların düzgün idarə olunmasına dair məlumatlandırmanın təmin edilməsi məqsədi daşıyır.