Havada toz müşahidə olunur
29 Avqust 2024, 09:45
Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib ki, havada tozun miqdarı normadan 1.3 dəfə artıqdır.
Xidmət rəsmisinin sözlərinə görə, peyk görüntülərinə əsasən müşahidə olunan tozlu hava şəraitinə səbəb Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır.
"Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir".