Xüsusi mühafizə olunan təbiət ərazilərinin tanıdılması məqsədilə tədbirlər keçirilib
27 Avqust 2024, 19:02
Xüsusi mühafizə olunan təbiət ərazilərinin tanıdılması məqsədilə Altıağac Milli Parkının əməkdaşları tərəfindən yerli və xarici turistlərin daha çox ziyarət etdiyi Xızı rayonu “şəkər dağları”nın ətəyində tədbir keçirilib. Tədbir çərçivəsində turistlərə milli park barədə məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Eyni zamanda, "Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə Hirkan Milli Parkında gənclərlə psixoloji maarifləndirici sessiya təşkil olunub. Əvvəlcə gənclər milli parkın zəngin bioloji müxtəlifliyə malik təbiəti ilə tanış olub, onun necə qorunmasının təsvir olunduğu qısa filmlər izləyiblər. Daha sonra qruplara bölünərək psixoloji kimliklərinin inkişafi yönündə kommunikasiya qurublar. Təbiət qoynunda açıq hava şəraitində insanların ruh halını yaxşılaşdırmaq, psixoloji sağlamlığı artırmaq üçün yoqa, psixoloji təlim və geştalt terapiya stilində kitabla terapiya (biblioterapiya) təşkil edilib.