“Heyvanlarla məsuliyyətli davranış haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsinin hazırlanması ilə bağlı ictimai dinləmə keçirilib
06 May 2024, 11:50
“Heyvanlarla məsuliyyətli davranış haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsinin hazırlanması ilə bağlı ictimaiyyətin məlumatlandırılması, eyni zamanda, ölkəmizdə heyvanlarla davranış sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar təkliflərin dinlənilməsi və müzakirəsi məqsədilə ictimai dinləmə keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunan tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvləri, ekoloqlar, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi və digər maraqlı tərəflər iştirak edib.
Görüşdə heyvanlarla davranışda qəddarlıq hallarının və belə hallara cəmiyyətin laqeydliyinin aradan qaldırılması məqsədilə fiziki və hüquqi şəxslər tərəfindən heyvanların saxlanması, onlarla davranış zamanı yaranan münasibətlərin hüquqi əsaslarının müəyyən edilməsi istiqamətində qanunvericilik sistemində yeni təkmilləşdirilmələrin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.
İctimai dinləmədə cəmiyyətdə humanizmin inkişafı və heyvanlarla davranış zamanı məsuliyyətliliyin, eyni zamanda hüquqi şüurun daha da artırılması ilə əlaqədar iştirakçıların fikirləri dinlənilib.