Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
31 Oktyabr 2014, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-130, Kiçik Qafqazın çaylarında 40-110, Lənkəran-Astara bölgəsi çaylarında isə 130-170 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Oktyabrın 31-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 167 m3/s olmaqla ongünlük normanın 101 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm 121 m3/s olmaqla ongünlük normanın 73 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 10 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 84 m3/s olmaqla, ongünlük normanın 91 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici 93 m3/s təşkil edərək ongünlük normanın 101 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Oktyabrın 31-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 7, Şirvanda 12, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində 10 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 296 sm (2013-cü il oktyabrın 31-də 352 sm), Şirvanda 141 sm (2013-cü il oktyabrın 31-də 198 sm), Salyanda 105 sm (2013-cü il oktyabrın 31-də 145 sm), Bankədə 158 sm (2013-cü il oktyabrın 31-də 193 sm), Araz çayının Novruzlu məntəqəsində isə 23 sm (2013-cü il oktyabrın 31-də 110 sm) təşkil edir.