İctimai dinləmə keçiriləcək
27 Sentyabr 2023, 19:40
Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən Xəzər Tibb Mərkəzinin, həmçinin Səbail, Binəqədi, Sabunçu və Suraxanı rayonlarının ərazilərindəki müxtəlif ünvanlarda qurumuş və qəzalı ağacların götürülməsi ilə bağlı ictimai dinləmə keçiriləcək.
29 sentyabr 2023-cü il tarixində Agentliyin inzibati binasının konfrans zalında ekoloqların, QHT və KİV nümayəndələrinin, həmçinin digər maraqlı tərəflərin iştirakı ilə keçiriləcək tədbirdə yaşıllıqların götürülməsi, bərpa dəyəri, mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görüləcək işlərin müzakirəsi nəzərdə tutulur.
Əlavə məlumat üçün: 055 900 55 56
29 sentyabr 2023-cü il
Saat 15:00
Dövlət Ekoloji Ekspertiza Agentliyi (Heydər Əliyev prospekti 10)