Xəbərlər

22 sentyabr - Ümumdünya Avtomobilsiz Günüdür

22 Sentyabr 2023, 11:40

Dünya əhalisinin diqqətini alternativ nəqliyyata yönəltmək, ictimai nəqliyyatdan istifadəni artırmaq, istilik effekti yaradan qazların azaldılmasına töhfə vermək və avtomobillərdən istifadədən imtina etmək məqsədilə 1998-ci ildən etibarən hər il sentyabr ayının 22-də “Ümumdünya Avtomobilsiz Günü” keçirilir.

Həmin gün dünyanın müxtəlif ərazilərindəki insanlar ekoloji təmiz nəqliyyat növlərindən istifadəyə üstünlük verir, velosiped sürür, piyada yürüşlər edərək sağlam həyat tərzini təbliğ edir.