Xəbərlər

Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

20 Sentyabr 2023, 09:00

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Görüş zamanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəflər konfransının 28-ci sessiyasına (COP 28) hazırlıq məsələləri, su ehtiyatlarından səmərəli istifadə sahəsində birgə əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb və gələcək perspektivlər müzakirə edilib.