Xəbərlər

Faktiki hava

19 Sentyabr 2023, 11:10

Milli Hidrometeorologiya Xidmətinin senytabrın 19-u saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış, Şahdağda isə qar yağıb.

Düşən yağıntının miqdarı Astarada 48, Oğuzda 39, Lerikdə 34, Qəbələdə 33, İmişli, Qax (Sarıbaş), Şəkidə 29, Beyləqanda 22, Sabirabadda 21 (aylıq normanın 106%-i) , İsmayıllıda 20, Balakən, Ağdamda 19 (aylıq normanın 56%-i), Lənkəranda 18, Biləsuvarda 17 (aylıq normanın 98%-i), Zaqatalada 16, Göyçayda 13, Yardımlı, Şahdağda 12, Zərdab, Tərtərdə 11, Kürdəmir, Bərdə, Yevlax, Göygöl, Neftçala, Qusar, Daşkəsən, Şamaxı, Gədəbəy, Naftalan, Gəncə, Qobustan, Xaltan, Ağsu, Mingəçevir, Şirvan, Göytəpədə 8, Bakıda və Abşeron yarımadasında isə 3 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 2 sm qeydə alınıb.

Ölkə ərazisində müşahidə olunun qeyri-sabit, yağıntılı hava şəraitinin sentyabrın 19-u gündüz saatlarınadək davam edəcəyi, sentyabrın 20-21 -də isə əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.