Xəbərlər

18 sentyabrda atmosfer havasının keyfiyyəti

18 Sentyabr 2023, 18:00

Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Stansiyalardan əldə etdiyimiz məlumatların təhlilinə əsasən gün ərzində Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə hava keyfiyyət göstəricilərinin norma daxilində olduğu müəyyən edilib.

Bu gün ərzində hava şəraitinin yağıntılı keçməsi atmosfer havasının keyfiyyətini əlverişli edib.