“Xınalıq və Köç yolu mədəni landşaftı” UNESCO-nun Ümumdünya İrs Siyahısına salınıb
18 Sentyabr 2023, 16:40
Hirkan meşələrinin Azərbaycanın ilk təbiət irsi ərazisi olaraq UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsindən sonra Azərbaycanın və bütün dünya irsinin nadir nümunəsi kimi “Xınalıq və Köç yolu mədəni landşaftı”nın UNESCO-nun Ümumdünya İrs Siyahısına salınması münasibətilə Dövlət Turizm Agentliyini təbrik edir, ümumbəşəri dəyərlərin tanıdılmasında və təbliğində nailiyyətlər arzulayırıq.
Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizin maddi və qeyri-maddi irsinin qorunub saxlanması sahəsinə göstərdiyi daimi diqqət, qayğı və dəstəyin bəhrəsi, Azərbaycanın beynəlxalq səviyyədə qazandığı daha bir böyük uğurdur.