Varvara Ovçuluq Təsərrüfatının ərazisində reyd keçirilib
18 Sentyabr 2023, 16:10
Varvara Ovçuluq Təsərrüfatının ərazisində Varvara Ovçuluq Təsərrüfatının, Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis məntəqəsinin və FHN Kiçik həcmli Gəmilərə Nəzarət və Xüsusi Riskli Xilasetmə xidmətinin əməkdaşları tərəfindən reyd keçirilib.
Reyd zamanı təsərrüfatın ərazisində 5 ədəd kustar üsulla hazırlanmış taxta qayıq aşkar edilərək su hövzəsindən kənarlaşdırılıb.
Eyni zamanda, Azərbaycan Respublikasının Ovçuluq, Ətraf mühitin mühafizəsi, Heyvanlar aləmi və Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Qanunlarının, həmçinin İnzibati Xətalar Məcəlləsinin maddələrinin tələblərinin pozulmasının qarşısının alınması məqsədilə vətəndaşlarla görüş keçirilib, Ovçuluq Təsərrüfatının ərazisinə qanunsuz müdaxilələrin məsuliyyətə səbəb olacağı onlara izah edilib və vətəndaşlarla proflaktiki söhbətlər aparılıb.