Xəbərlər

Tullantıların düzgün idarə olunmamasına görə bələdiyyə sədri cərimələnib

04 Sentyabr 2023, 12:40

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xaçmaz rayonunun Xudat şəhəri, 3-cü şöbə adlanan ərazisində tullantıların qalaqlanması faktı müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktla bağlı Xudat bələdiyyəsinin sədri Elman Allahyarov barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

“Gələcəkdə belə hallara yol verilməməsi və ərazinin təmizliyinə mütəmadi nəzarət olunması məqsədilə bələdiyyə sədrinə məcburi göstəriş verilib”.