Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
10 Oktyabr 2014, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-130, Kiçik Qafqazın çaylarında 40-110, Lənkəran-Astara bölgəsi çaylarında isə 100-160 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Oktyabrın 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 185 m3/s olmaqla ongünlük normanın 114 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm 160 m3/s olmaqla ongünlük normanın 99 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 129 m3/s olmaqla, ongünlük normanın 135 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici 152 m3/s təşkil edərək ongünlük normanın 159 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Oktyabrın 10-da Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 14, Şirvanda 16, Salyanda 19, Araz çayının Novruzlu məntəqəsində 15 sm artım, Bankədə isə 2 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 338 sm (2013-cü il oktyabrın 10-da 350 sm), Şirvanda 167 sm (2013-cü il oktyabrın 10-da 202 sm), Salyanda 124 sm (2013-cü il oktyabrın 10-da 145 sm), Bankədə 175 sm (2013-cü il oktyabrın 10-da 197 sm), Araz çayının Novruzlu məntəqəsində isə 55 sm (2013-cü il oktyabrın 10-da 74 sm) təşkil edir.