Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
08 Oktyabr 2014, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən gün ərzində yağan yağışlar və Lənkəran-Astara bölgəsində leysan xarakterli intensiv olması nəticəsində ərazidən axan Lənkərançay-Lənkəranda 114, Lənkərançay-Sifidorda 78, Vəşərüçay-Daştatükdə 59, Viləşçay-Şıxlarda isə 64 sm artım qeydə alınıb.
Hazırda ən yüksək sululuq Lənkəran-Astara bölgəsi çaylarında müşahidə olunmaqla ongünlük normanın 600-700 faizini təşkil edir. Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-120, Kiçik Qafqazın çaylarında isə 40-110 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Oktyabrın 08-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 193 m3/s olmaqla ongünlük normanın 119 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm 144 m3/s olmaqla ongünlük normanın 89 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 34 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 116 m3/s olmaqla, ongünlük normanın 121 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici 164 m3/s təşkil edərək ongünlük normanın 172 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Oktyabrın 08-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 9, Şirvanda 4, Salyanda 20, Bankədə 1, Araz çayının Novruzlu məntəqəsində isə 5 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 311 sm (2013-cü il oktyabrın 08-də 343 sm), Şirvanda 137 sm (2013-cü il oktyabrın 08-də 193 sm), Salyanda 88 sm (2013-cü il oktyabrın 08-də 150 sm), Bankədə 192 sm (2013-cü il oktyabrın 08-də 219 sm), Araz çayının Novruzlu məntəqəsində isə 35 sm (2013-cü il oktyabrın 08-də 70 sm) təşkil edir.