Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

03 Oktyabr 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən gün ərzində yağan yağışlar və Lənkəran-Astara bölgəsində leysan xarakterli intensiv olması nəticəsində ərazidən axan Lənkərançay-Lənkəranda 66, Lənkərançay-Sifidorda 50, Vəşərüçay-Daştatükdə 41, Viləşçay-Şıxlarda isə 48 sm artım qeydə alınıb.
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-120, Kiçik Qafqazın çaylarında 30-90, Lənkəran-Astara bölgəsi çaylarında 100-190 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Oktyabrın 03-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 180 m3/s olmaqla ongünlük normanın 111 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm 105 m3/s olmaqla ongünlük normanın 65 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 16 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 67 m3/s olmaqla, ongünlük normanın 70 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici 96 m3/s təşkil edərək ongünlük normanın 100 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Oktyabrın 03-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Şirvanda 8, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma, Bankədə 25 sm artım qeydə alınıb, Kür çayının Surra və Salyan məntəqələrində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 297 sm (2013-cü il oktyabrın 03-də 348 sm), Şirvanda 141 sm (2013-cü il oktyabrın 03-də 206 sm), Salyanda 95 sm (2013-cü il oktyabrın 03-də 155 sm), Bankədə 196 sm (2013-cü il oktyabrın 03-də 192 sm), Araz çayının Novruzlu məntəqəsində isə 18 sm (2013-cü il oktyabrın 03-də 60 sm) təşkil edir.