Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

29 Sentyabr 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-120, Kiçik Qafqazın çaylarında 30-110, Lənkəran-Astara bölgəsi çaylarında 10 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Sentyabrın 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 17 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 177 m3/s olmaqla ongünlük normanın 127 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm 135 m3/s olmaqla ongünlük normanın 97 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 88 m3/s olmaqla, ongünlük normanın 92 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici 111 m3/s təşkil edərək ongünlük normanın 116 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Sentyabrın 29-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 9, Şirvanda 24, Bankədə 13, Araz çayının Novruzlu məntəqəsində 30 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 301 sm (2013-cü il sentyabrın 29-da 346 sm), Şirvanda 157 sm (2013-cü il sentyabrın 29-da 218 sm), Salyanda 118 sm (2013-cü il sentyabrın 29-da 180 sm), Bankədə 169 sm (2013-cü il sentyabrın 29-da 218 sm), Araz çayının Novruzlu məntəqəsində isə 20 sm (2013-cü il sentyabrın 29-da 70 sm) təşkil edir.