“Tullantıları ekoçantaya dəyiş” aksiyası Masallıda keçirilib.
24 İyul 2023, 15:50
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Rahat” supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə 23 iyul tarixində “Tullantıları ekoçantaya dəyiş” aksiyası Masallıda "Rahat” marketin qarşısında keçirilib.
Aksiya zamanı vətəndaşlar plastik və şüşə tullantıları, işlənmiş batareyaları təhvil verərək əvəzində ekoçanta əldə ediblər.
Aksiyalar yaxın günlərdə Gəncə, Quba və digər regionlarda da davam edəcək. Hər kəsi tədbirlərdə fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq.
Qeyd edək ki, növbəti aksiyaların keçiriləcəyi ərazi və vaxt barədə məlumat öncədən Nazirliyin rəsmi saytında (eco.gov.az) və sosial şəbəkə hesablarında paylaşılacaq.