Xəbərlər

Tullantıların düzgün idarə olunmamasına görə cavabdeh şəxslər cərimələnib

24 İyul 2023, 17:00

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Göygöl rayonunun Hacıkənd ərazisində fəaliyyət göstərən "Soyuq bulaq" iaşə obyektinin fəaliyyəti zamanı formalaşan tullantı sularının ətrafa axıdıldığı müəyyən edilib.

Xidmət rəsmisi Xaliq Mirzəyev bildirib ki, faktla bağlı obyektin sahibi Rəşad Qasımov barəsində akt, protokol tərtib olunub və o, vəzifəli şəxs qismində cərimələnib. Gələcəkdə belə hallara yol verilməməsi üçün ona məcburi göstəriş verilib.

“Eyni zamanda, keçirilən nəzarət tədbirləri zamanı, Salyan rayonunun Qarabağlı kəndində "Qardaşlar" mağazasının fəaliyyəti zamanı formalaşan tullantıların mağazanın nümayəndəsi Zahir Rzayev, Sabirabad rayonunun Cavad kəndində isə tullantıların kənd sakini Zahid Fərəcov tərəfindən qalaqlanaraq yandırıldığı müəyyən edilib. Faktlarla bağlı akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.