Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı
21 İyul 2023, 09:30
Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində tullantıların ətrafa atılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb və fakt təsdiqini tapıb.
Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, tullantıların qalaqlandığı ərazi Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti altında Abşeron rayon Abadlıq və Kommunal Xidmətlər İdarəsinin işçiləri tərəfindən təmizlənib.
“Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə Abadlıq və Kommunal Xidmətlər İdarəsinə məcburi göstəriş verilib”.