Xəbərlər

Tullantıların düzgün idarə olunmamasına görə iaşə obyektlərinin sahibləri cərimələnib

20 İyul 2023, 11:20

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Göygöl rayonunun Hacıkənd ərazisində fəaliyyət göstərən “Flaminqo” ailəvi istirahət mərkəzindən və “Laçın” kafesindən ətrafa tullantıların atıldığı və çirkab suların axıdıldığı müəyyən edilib.

Xidmət rəsmisi Xaliq Mirzəyev bildirib ki, faktlarla bağlı “Flaminqo” istirahət mərkəzinin sahibi Elvir Qasımov və “Laçın” kafesinin sahibi Nicat Cəfərov barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb. Ərazilər tullantılardan təmizlənib.

"Gələcəkdə belə hallara yol verilməməsi üçün iaşə obyektlərinin sahiblərinə məcburi göstəriş verilib”.