Xəbərlər

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı

19 İyul 2023, 17:50

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Göyçay rayonunun Qarabaqqal kəndi ərazisindəki dağlıq sahədə gecə saatlarında qazıntı işləri aparıldığı müəyyən edilib.

Xidmət rəsmisi Xaliq Mirzəyev bildirib ki, araşdırma zamanı 23-B-074 dövlət nömrə nişanlı ekskavator vasitəsilə qazıntı işləri aparılaraq qarışıq süxur daşındığı, eyni zamanda ərazidəki qaratikan kollarının kökündən çıxarıldığı məlum olub.

“Faktla bağlı qazıntı işi aparan Ədil Əzizov barəsində akt, protokol tərtib edilib və o, 2000 manat məbləğində cərimələnib”.