Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı
19 İyul 2023, 13:50
Ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Lerik rayonu ərazisində, vətəndaşın həyətyanı sahəsində ağac kömürü istehsal edilən kömür quyusu aşkar olunub.
Xidmət rəsmisi Xaliq Mirzəyev bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxsin Lerik rayonu, Hovil kənd sakini Qədir Quliyev olduğu müəyyən edilib.
“Qanunsuz kömür istehsal edən şəxs barəsində qanunamüvafiq tədbirlər görülüb, kömür quyusu isə ləğv olunub”.