İctimai dinləmə keçirilib
13 İyul 2023, 11:45
12 iyul 2023-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Azərbaycan Respublikasında akvakulturanın inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" layihəsinin ictimai dinləməsi keçirilib.
Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, İqtisadiyyat nazirliklərinin, Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin, qeyri-hökumət təşkilatlarının, o cümlədən "Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası" İctimai Birliyinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə layihə barədə müzakirələr aparılıb.

Qeyd edək ki, əhalinin keyfiyyətli balıq və balıq məhsulları ilə təmin edilməsi və balıq məhsullarının istehsal həcminin artırılması, akvakultura sahəsində müasir və effektiv texnoloji həllərin tətbiqi, akvakultura subyektləri tərəfindən ətraf mühitə mənfi təsir amillərinin azaldılması kimi məsələlər Dövlət Proqramının əsas məqsədidir.