Xəbərlər

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı

15 İyul 2023, 15:40

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Gəncə şəhəri, "Şıxdüzü" adlanan ərazidə "Abadlıq" Tikinti Materialları İstehsalı Firması tərəfindən qazıntı işləri aparılaraq qanunsuz gəc mineral xammalı götürüldüyü aşkar edilib.

Xidmət rəsmisi Xaliq Mirzəyev bildirib ki, faktla bağlı akt tərtib olunub. Firmanın hüquqi şəxs qismində cərimələnməsi məqsədilə toplanmış sənədlər Gəncə Şəhər Məhkəməsinə göndərilib.