Xəbərlər

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin məlumatı

14 İyul 2023, 10:30

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Araşdırma zamanı balıq ovlayan şəxslərin Cəlilabad rayon sakinləri Mirqoca və Mirağamalı Kərimovlar olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

“Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.